“Qanun” nəşriyyatı növbəti kitab endirimli yarmarkasına start verib.
Nəşriyyatdan Kulis.az-a verilən məlumata görə, budəfəki yarmarka Nizami rayonu ərazisindəki “Heydər Əliyev” parkında keçirilir.
Nizami rayonu İcra Hakimiyyətiylə birgə təşkil olunan yarmarkada 2 min adda 20 mindən artıq kitab oxuculara təqdim edilir.
Endirimli kitab yarmarkası üç gün davam edəcək.