"Qəhrəman Muxtar Qasımlı" sənədli filmi nümayiş olunacaq

"Qəhrəman Muxtar Qasımlı" sənədli filmi nümayiş olunacaq
31 iyul 2023
# 12:36

31 iyul saat 17:00-da Nizami Kino Mərkəzində Vətən Müharibəsi qəhrəmanı, şəhid Muxtar Qasımlının xatirəsinə həsr edilmiş “Qəhrəman Muxtar Qasımlı” adlı sənədli filminin üçüncü dəfə nümayişi keçiriləcək.

Kulis.az xəbər verir ki, film Azərbaycanın bölgələri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Rusiya və Avropanın müxtəlif ölkələrində də yayımlanacaq.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Mollayev, operatorlar Elxan Rüstəmov, Oktay Namazov, baş prodüser isə Əli Qasımovdur.

Filmin treylerini təqdim edirik.


# 678 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #