Nobelli şair vəfat etdi

Nobelli şair vəfat etdi
2 sentyabr 2013
# 10:53

1995-ci ildə Nobel Ədəbiyyat mükafatı alan irlandiyalı şair Seamus Heaney 74 yaşında vəfat edib. Kulis.Az-ın verdiyi xəbərə görə S. Heaneyin ailəsi məşhur şairin Dublindəki xəstəxanada öldüyünü açıqlayıb.

2006-cı ildə infarkt keçirən S. Heaney uzun müddət idi müalicə olunurdu.

Şimali İrlandiyada anadan olan S. Heaney Uilyam Yets və Samuel Bekketdən sonra Nobel Ədəbiyyat mükafatımı qazanan üçüncü irlandiyalıdır.

# 1544 dəfə oxunub

Müəllifin son yazıları

# # #