“Cənab Prezidentin kinomatoqrafiya sahəsinin inkişafı ilə bağlı 5 milyon vəsait ayırması biz kino adamları üçün böyük sevinc oldu”.
Bu fikirləri ONA-ya açıqlamasında kinorejissor, xalq artisti Oqtay Mirqasımov səsləndirib.
O vurğulayıb ki, bu sərəncamın verilməsinə nəinki kino adamları, bütün xalq sevinib: “Mənim özümə nə qədər adam zəng edib, sevinclərini bölüşüblər. Təbii ki, xalqımız da yeni filmlərin çəkilməsini gözləyir. Bu sevinci heç nə ilə müqayisə etmək olmaz”.
- Lerik rayonu qrafitilərlə bəzənir
- Ağzımda insan qolu, küçəylə qaçırdım – MODERN TÜRK HEKAYƏSİ
- "Elementary" filmi rekord gəlir əldə edib
Oqtay Mirqasımov daha sonra əlavə edib ki, kinomatoqrafiya istehsalat sahəsi olduğu üçün həmişə böyük maliyyə vəsaitlərinə ehtiyac var: “Dörd-beş il idi ki, büdcədən kinoya vəsait ayrılmırdı. Bu o deməkdir ki, biz yaradıcı kinomatoqraflar çoxdan bəri hazır olan layihələrimizi həyata keçirə biləcəyik”.
Sonuncu filmini 2013-cü ildə çəkdiyini deyən kinorejissor yeni ekran işi üçün vəsait ayrılacağına ümid etdiyini bildirib: “Mənim 7 layihəm Mədəniyyət Nazirliyinə təqdim edilib. Bir filmim artıq bədii şura tərəfindən qəbul olunub. Həmin filmdə Qarabağ məsələsinə də toxunulub. Ümid edirəm ki, mənim filmimin də çəkilişi üçün vəsait ayrılacaq”.