Emil Salamoğlu: “Ruşur” (olmuş əhvalat)-Ən qısa hekayə

Emil Salamoğlu: “Ruşur” (olmuş əhvalat)-Ən qısa hekayə
16 dekabr 2013
# 12:00

Kulis.az Emil Salamoğlunun “Ən qısa hekayə” müsabiqəsinə təqdim etdiyi “Ruşur” (466) hekayəsini təqdim edir.

Gecə saat 1-də İbad əlində çantasıyla hamamdan çıxır, Sabir bağına tərəf düşür. Polislər onu görcək yaxınlaşıb haradan gəlib, nə işlədiyini soruşurlar. İbad hamamı göstərir. Polislər də elə bilir ki, onlarla məzələnir, tutub bölməyə aparırlar.

Çantasını yoxlayıb içindən balaca sellofan çıxarırlar. Sellofanda ağ rəngdə ruşur deyilən məmulat tapılır. Bu ruşur da İranda istehsal olunur. Xüsusi maddədir. Onu kisəyə sürtürsən bədəndən kiri çıxaranda kisə əldən sürüşmür. Polislər də “rəis tapmışıq” deyib sevinirlər.

# 2776 dəfə oxunub

Müəllifin son yazıları

# # #