Molla Pənah Vaqifə yubiley kompozisiyası

Molla Pənah Vaqifə yubiley kompozisiyası
5 iyul 2017
# 09:47

Mahnı Teatrında görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.

Kulis.az xəbər verir ki, “Xəyalını xəyalıma saz eylə” adlı tədbir ölkə başçısının Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-c i il 12 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Ssenari müəllifi Sənəm Məmmədli, quruluşçu rejissoru Sərvər Şirinov olan səhnə əsərində muğam, vokal, aşıq və teatr sənətinin improvizə edilmiş sintezi öz əksini tapıb.

Kompozisiyada şairin “Durnalar”, “Şamama”, “Sevmişəm”, “Bəri bax”, “Ayrıldıq”,”Ağlarsan”, “Hayıf ki, yoxdur” və digər bədii yaradıcılıq nümunələrindən istifadə edilib.

# 1009 dəfə oxunub

Müəllifin son yazıları

# # #