Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum oldu

Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum oldu
3 fevral 2026
# 14:05

Azərbaycan Yazıçılar Birliyinin XIV qurultayı 2027-ci ildə keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, növbəti qurultay 2027-ci ilin yay-payız aylarında baş tutacaq:

“Əgər hazırlıq işlərini vaxtında yekunlaşdıra bilsək, ehtimal ki, qurultay yay aylarında keçiriləcək”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayı 2022-ci ildə keçirilib.

Xatırladaq ki, hazırkı sədr Xalq yazıçısı Anar son qurultayda növbəti dəfə namizədliyini irəli sürməyəcəyini bildirib.

# 145 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər