Röyal Əmrahov: “Dərmanım sənsən, Ana”-Ən qısa hekayə

Röyal Əmrahov: “Dərmanım sənsən, Ana”-Ən qısa hekayə
17 dekabr 2013
# 00:00

Kulis.az Röyal Əmrahovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Dərmanım sənsən, Ana” (447 işarə) hekayəsini təqdim edir.

2000-ci illər. Uzaq kəndlərdən biri. Səhər saat səkkiz. Qızdırma içində Xəstə uzanmış qız. İş üçün hazırlaşan ana.

Hər gün uşaqlarına bir qarın çörək pulu qazanmaq üçün, çölə "biyan kökü" yığmağa gedən ana həmişəki kimi çıxmağa hazırlaşırdı. Ata işə getmiş, qardaşları da dərsə yollanırdı. Ana uşağına yaxınlaşdı. Onu öpdü və "mən işə gedirəm, dərmanını iç" dedi. Bu 8-9 yaşlı qızın anasına dediyi o söz və bu sözlərdən sonra ananın hıçqırtı ilə ağlaması indiyə kimi qulaqlarımdadı: "Ana, nə olar getmə, mənim dərmanım Sənsən!"

# 3048 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #