Osman Sarıvəlli: “Ən bəxtiyar ana Leninin anasıdır”

Osman Sarıvəlli: “Ən bəxtiyar ana Leninin anasıdır”
24 oktyabr 2013
# 11:32

Sosialist realizmi bizim ədəbiyyatın bir hissəsidir. Onu tənqid edə, bəyənməyə, hətta ayrı-ayrı nümunələrinə ironiya ilə də yanaşa bilərik.

Amma sosrealizmi ədəbiyyat tariximizdən silmək mümkün deyil. Lakin sosrealizmə münasibətdə ən çox bu meyl-onu tarixdən silmək meyli gözə dəyir.

Halbuki partiyaya, Leninə, Stalinə yazılan şeirlərin hamısını ədəbi makulatura da adlandırmaq insafsız olardı.


Kulis.Az “Qırmızı şeirləri” rubrikasında unudulmuş o şeirləri bir daha oxucuya çatdırır.

Osman Sarıvəlli

ÜÇ SÖZ

Bir rus qadını

Doğarkən

Qıvrım saçlı bir körpəni

Nə səni düşündü

Nə məni,

Doğarkən bir körpəni...

Ana oğul doğdu,

Söz yox ki,

Bildi bunu,

Bilmədi lakin.

Onun

Rusiya üfüqündə

Parlaq bir ulduz olduğunu,

Bilmədi bunu...

Yer üzündə

Ən bəxtiyar bir ana -

Mariya Aleksandrovna

Oxşarkən əsmər saçlı,

Qaynar gözlü Volodyanı

Bilərdimi

Nurə qərq edəcək oğlu

Bu dünyanı.

Ana sevdi uşağını,

Şirindir özünə

Hər kəsin öz övladı.

Bilmədi lakin

Bayraqlarda gəzəcək

Oğlunun adı.

Hardan biləydi ana

O, təkcə oğul deyil,

Azadlıq günəşi

Doğdu cahana...

Haradan biləydi ana

Tarixin şöhrəti

Bu üç məna - bu üç sözlə

Yer üzündə yazılacaq

Minlərlə səadət kitabı:

Lenin, Oktyabr inqilabı.

# 2120 dəfə oxunub

Müəllifin son yazıları

# # #