“Xaç atası 2” filminin ulduzu vəfat edib

“Xaç atası 2” filminin ulduzu vəfat edib
19 avqust 2024
# 18:44

İtalyan əsilli amerikalı rejissor Frensis Ford Koppolanın çəkdiyi “Xaç atası II hissə” filmində rol alan Con Aprea dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, “Xaç atası 2” (1974) filmində “Salvatore Tessio”nun kiçik obrazını canlandıran aktyorun 83 yaşı var idi.

Qeyd edək ki, aktyor faktiki olaraq ilk filmdə "Maykl Korleone" rolu üçün yoxlanışdan keçib, lakin rol Al Paçinoya gedib. Təbii səbəblərdən vəfat etdiyi bildirilən aktyor 1960-cı illərdə bir çox serial və filmlərdə rol alıb. Aktyor "Full House", "Days of Our Life", "Knots Landing", "CSI" və "The Sopranos" kimi ekran əsərləri ilə tanınır.

# 593 dəfə oxunub

Müəllifin son yazıları

# # #