İlk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

İlk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub
2 iyul 2024
# 09:54

Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunan “Film gecəsi”ndə ilk qısametrajlı “Ortaq Türk” filminin premyerası keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələri təmsil edən tələbə və gənclər iştirak edib.

Qeyd edək ki, filmlərdə qürbətdə yaşayan azərbaycanlı gənclərin başına gələn hadisələrdən bəhs olunur. “İtaliyansayağı qonşu” və onun davamı olan “İtaliyansayağı qonşu 2: Federikonun qayıdışı” filmlərində özünü italiyalı kimi qələmə verən Fəxrəddinin başına gələn gülməli hadisələr, “Psix hansımızıq?” filmində isə ukraynalı qıza vurulmuş azərbaycanlı oğlanın sərgüzəştləri yer alıb.

# 683 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #