İşıqlar söndü... – Qısa Hekayə

 İşıqlar söndü... – Qısa Hekayə
13 iyul 2018
# 14:40

Kulis.az Məlik Rzanın “ Universitetin doqquzuncu mərtəbəsi” adlı qısa hekayəsini təqdim edir.

İşıqlar söndü. Qaranlıqda aydın olan yalnız sənin pışıltıların idi. Nidaların məni qorxutdu. Cavabsız sualların məni bütün gecələrdə düşündürdü. Nöqtələrin bitib-tükənmədi. Gözlərimə diqqətlə baxsaydın, sözə çevirə bilmədiklərinlə məni anlayardın. Mən gəldim, sən getdin. Qurduğum masanın üzərinə başını qoyub yatmadın. Sənin kədərlərin böyüdükcə masa genişləndi. Yad adamların qolları sərhəd dirəkləri kimi masanı ortadan ikiyə böldü, səsləri pıçıltılarını üstələyib qulaqlarımı kar elədi. İşıqlar yananda yaşama aid heç bir səs qulağıma çatmadı, toz basmış güzgüdəki saç-saqqalıma baxıb divardakı saatı yoxlayanda gördüm ki, əqrəblərim yerində deyil, hamısı başqa adamların saatlarına sancılıb. Yolda bir dostum çıxdı qabağıma, dedi ki, otaqdakı bütün əşyalar yer dəyişdirəndə, adam evini qəribsəyir.

# 1260 dəfə oxunub

Müəllifin son yazıları

# # #