Prezidentin fəxri diplomu Arif Babayevə təqdim edildi - Foto

Prezidentin fəxri diplomu Arif Babayevə təqdim edildi - Foto
25 oktyabr 2023
# 10:29

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib.

Kulis.az xəbər verir ki, nazir Arif Babayevin əlamətdar yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini deyib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinin sənətkarın fəaliyyətinə göstərilən diqqətin təzahürü olduğunu bildirib.

Sonra dövlət təltifi xanəndəyə təqdim edilib.

Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Prezidentin fəxri diplomu Arif Babayevə təqdim edildi - Fotolar

# 830 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #