İsa Muğannanın kitabxanası Bilik Fonduna bağışlandı

İsa Muğannanın kitabxanası Bilik Fonduna bağışlandı
21 noyabr 2016
# 11:40

İsa Muğannanın kitabxanasının bir qismi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda qorunub saxlanacaq. Fondun İnformasiya Təminatı sektorundan Kulis.aza verilən məlumata görə yazınını qızı Sevinc Hüseynova atasının kitablarının bir qismini Bilik Fonduna hədiyyə edib.

O, bildirib ki, atasının yadigarı olan bu “xəzinə”ni yalnız kitabın, elmin, ədəbiyyatın təbliği ilə məşğul olan, maarifləndirmək missiyası daşıyan bir quruma həvalə edə bilər.

200-ə yaxın müxtəlif janrlı ədəbiyyatın içində ərəb, fars, rus dillərində kitablar var. Bu kitabların arasında fəlsəfədən, psixologiyadan tutmuş, klassik rus, Azərbaycan ədəbiyyatına, ən müasir ədəbiyyata qədər kitab tapmaq olar. Bəzilərinin içində ayrıca vərəqdə İsa Muğannanın əlyazması, qeydləri saxlanır.

Yazıçının özünün kiril əlifbası ilə olan bəzi əsərləri də fonda hədiyyə edilən kitablar arasındadır.

# 1321 dəfə oxunub

Müəllifin son yazıları

# # #