Nobelə ən şanslı namizəd Murakamidir

Nobelə ən şanslı namizəd Murakamidir
7 sentyabr 2016
# 12:06

Böyük Britaniyanın “Ladbrokes” bukmeker kontoru 2016-cı il Nobel Ədəbiyyat mükafatına namizədlərə pul qoyuluşunun əmsallarını açıqlayıb.

APA-nın “Ladbrokes” bukmeker kontorunun saytına istinadən verdiyi xəbərə görə, Nobeli qazanmağa ən şanslı namizəd 6.00 əmsalla yaponiyalı Haruki Murakamidir (yaponiyalı yazıçıya qoyuluş edən şəxslər, o qalib gələcəyi təqdirdə hər dollara 6 dollar qazanacaqlar – red).

Keniyalı yazıçı Nquqi va Thionqo 8.00 əmsalla ikinci, amerikalı Filip Rot 9.00 əmsalla üçüncü, amerikalı Joyce Karol Oates 17.00 əmsalla 4-cü pillədə yer alır.

Britaniyalı Salman Rüşdi 67.00 əmsalla “onluq”dan kənarda qalıb.

Qeyd edək ki, İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat mükafatı keçən il belaruslu yazıçı Svetlana Aleksiyeviçə verilb.

Mükafatın builki qalibinin adı oktyabrın əvvəlində açıqlanacaq.

# 1070 dəfə oxunub

Müəllifin son yazıları

# # #