Ya Janna Dark ol, ya Süsən - ŞEİR

Ya Janna Dark ol, ya Süsən - ŞEİR
28 sentyabr 2016
# 15:08

Kulis.az Mətləb Ağanın “...və bu sentyabr da” şeirini təqdim edir.

... və bu sentyabr da

köçünü yığışdırır...

yenə bir külək düşüb

küçəni yığışdırır...

...saatın tıqqıltısı

günortadan kəsilib...

divarda bir şəkil var,

tən ortadan kəsilib...

...bundan sonra, dirisən

ölüsən, eyni şeydi...

ya Janna Dark ol indi,

ya Süsən, eyni şeydi...

durub fikirləşirsən:

“bir oyundu... kim kimi...”-

pəncərədən boylanıb,

kəsilmiş şəkil kimi...

# 1081 dəfə oxunub

Müəllifin son yazıları

# # #