Tiflisdə Tural Şahtaxtinskinin imza günü keçiriləcək

Tiflisdə Tural Şahtaxtinskinin imza günü keçiriləcək
13 iyun 2016
# 11:37

14 iyun saat 21:00-da Tural Şahtaxtinskinin "On Beş İnsan" kitabının imza günü keçiriləcək. Kulis.azın verdiyi məlumata görə imza günü Tiflis şəhərində baş tutacaq.

Müəllif kitabda toplanan hekayələrin süjetləri və qəhrəmanları ilə cəmiyyətimizin ağrılı ictimai-sosial problemlərini, acı reallıqlarını və mənəvi sarsıntılarını əks etdirməyə çalışdığını deyir: "Hekayələrdə təsvir olunan hadisələrin və obrazların heç biri oxucu üçün gözlənilməz olmamalıdır, çünki yaşadığımız toplumda və mühitdə onlarla hər addımda qarşılaşa bilərik".

İmza günü Rustaveli ave 36da yerləşən Loft Hostel Tbilisidə (Opera və Balet Teatrı ilə üzbəüz) keçiriləcək.

# 1025 dəfə oxunub

Müəllifin son yazıları

# # #