Azərbaycanlı rəssamın ölüm səbəbi açıqlandı

Azərbaycanlı rəssamın ölüm səbəbi açıqlandı
18 iyun 2025
# 11:14

Dostları tanınmış rəssamın damarları kəsilmiş meyitini tapıblar.

Kulis.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu M.Rüstəmov küçəsi ev 6/4-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1973-cü il təvəllüdlü Fərhad Əhmədli oğlu İsgəndərovun qol damarları kəsilmiş meyiti aşkar edilib.

Hadisənin motivi məlum deyil.

Dostlarının dediyinə görə, Fərhad Yalquzaqdan iki gündür xəbər yox imiş.

Dostları dünən axşam onun evinə gediblər. Evdə yerləşən emalatxananın qapısını qırıb içəri girəndə meyitini görüblər.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

# 329 dəfə oxunub

Müəllifin son yazıları

# # #