Günel Məmmədova: "Əlim çatan insan" Ən qısa hekayə

Günel Məmmədova: "Əlim çatan insan" Ən qısa hekayə
16 dekabr 2013
# 23:00

Kulis.Az Günel MəmmədovanınƏn qısa hekayə” müsabiqəsinə göndərdiyi “Əlim çatan insan” (198 işarə) hekayəsini təqdim edir.

- Niyə gəldin?

- Gəlməyimi istəyirdin axı!

- O iki il öncə idi.

- Nə dəyişdi ki?

- Heç... Kaş ki, gəlməyəydin... Daha əlçatmaz qalardın, sevməyə bəhanəm olardı.

- Bəs indi?

- İndi... Adiləşdin! Əlim çatan insanı sevə bilmirəm, bağışla...

# 2851 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #