Kulis.azın redaktoru, yazıçı Mirmehdi Ağaoğlunun “85-ci gün” hekayəsi İslam Əməkdaşlığı Təşkilatının keçirdiyi Birinci Qısa hekayə müsabiqəsində qalib olaraq, üç nəfərdən ibarət finalçılar arasına düşüb.
Kulis.azın məlumatına görə qaliblərin mükafatlandırılması dekabrın 19-da İranın Şiraz şəhərində baş tutacaq.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu tərəfindən keçirilən müsabiqənin məqsədi təşkilata üzv olan ölkələrdəki gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, İƏT ölkələrinin bir-biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.
- Azərbaycan filmi beynəlxalq festivalda mükafat qazandı
- İstanbul Film Festivalının laureatları bəlli oldu
- Əlvida, əziz Lyonya! – Çingiz Hüseynov dostunun ölümündən yazdı...
Finalçıların hansının neçənci yer tutduğu mükafatlandırılma mərasimində açıqlanacaq.