Dünyaca məşhur alman teatr rejissoru Tomas Ostermayer Türkiyədə ilk dəfə teatr tamaşasına quruluş verəcək.
Kulis.az xəbər verir ki, Maya Zadenin müəllifi olduğu "Çevrilmə" pyesi noyabrın 3-də "Zorlu PSM" səhnəsində premyerasını edəcək.
Məşhur aktyor Timuçin Esen və aktrisa Funda Eryiğitin baş rolları bölüşdüyü tamaşada iki sənətçi ümumilikdə 22 fərqli xarakteri canlandıracaq.
Mətnin Türk dilinə uyğunlaşdırılmasını öhdəliyinə götürən Timuçin Esen və Funda Eryiğit səhnədə xarici görünüşcə uğurlu, lakin bir-birindən gizlətdikləri həqiqətlərlə evliliklərini, karyeralarını və dəyərlərini sorğulayan cütlüyün hekayəsini təqdim edəcəklər.
Qeyd edək ki, Berlinin məşhur "Schaubühne" teatrının bədii rəhbəri, Venesiya Biyenalesinin "Qızıl Şir" mükafatçısı Ostermayerin bu layihəsi "İnsan həqiqətən dəyişə bilərmi?" sualı ətrafında sevgi, sədaqət və vicdan anlayışlarını sınağa çəkir.