Aktrisa Trieri ona sataşmaqda ittiham etdi

Aktrisa Trieri ona sataşmaqda ittiham etdi
17 oktyabr 2017
# 10:22

İslandiya müğənnisi Björk dünyaca məşhur kinorejissor Lars Fon Trieri ona qarşı pozğun təkliflərdə və hərəkətlərdə ittiham edib.

Kulis.az-ın rus mətbuatına istinadən, özünü seksual təzyiq qurbanı sayan müğənni bu haqda Facebook hesabında yazıb.

“Mən başa düşdüm ki, rejissor öz aktrisalarına toxunmaq, onlara seksual hərəkətlər etməyə özünün haqqı çatdığını düşünür və kinematoqrafiya dünyası da ona bu haqqı tanıyır. Mən rejissorun təkliflərindən imtina edəndə o məndən incidi, məni cəzalandırdı və çəkiliş qrupunun qarşısında məni problemli aktrisa elan etdi” –deyə müğənni yazıb.

Lars Fon Trier ittihamı rədd edib.

Björk 2000-ci ildə Trierin “Qaranlıqda rəqs edən” filmində baş rolu oynayıb. Film ekranlara çıxmazdan qabaq aktrisanın rejissorla konflkti olduğu ortaya çıxmışdı. O zaman müğənninin səhnə üçün geyinmək istəmədiyi köynəyi cırdığı və parçanın bir neçə tikəsini yediyi deyilirdi.

Xatırladaq ki, seksual təcavüz qurbanları mövzusu son günlər mətbuatın gündəmindədir. Belə ki, Ancelina Coli, Kara Delevin, Lea Seydu, Hollivud aktrisaları bir-birinin ardınca prodüser Vaynşteyni seksual təzyiqdə, pozğun təkliflərdə ittiham ediblər.

# 972 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #