Venesiya kinofestivalının açılışından fotolar

Venesiya kinofestivalının açılışından fotolar
29 avqust 2019
# 17:11

Dünən Lido adasında 76-cı Venesiya kinofestivalının açılış mərasimi baş tutub.

Yapon rejissor Xirokadzu Koreedanın “Həqiqət” filmi ilə açılan festivalın qonaqların arasında baş rolda oynayan aktrisalar Katrin Denev və Julyet Binoş, həmçinin aktyorlardan Bred Pitt, Conni Dep , rejissor Emir Kusturitsa və tanınmış modellər olub.

Xatırladaq ki, festivalda 21 ekran əsəri nümayiş olunacaq. Proqramda tanınmış rejissorlardan Roman Polanskinin “Mən ittiham edirəm”, Tod Filipsin “Coker” filmi, Meril Strip və Antonio Banderasın oynadığı “Camaşırxana” filmləri var.

Kulis.az festivalın açılış mərasimindən fotoları təqdim edir.

# 1790 dəfə oxunub

Müəllifin son yazıları

# # #