Gülcahan Mirməmməd: “Anlaşma” - Ən yeni hekayə

Gülcahan Mirməmməd: “Anlaşma” - Ən yeni hekayə
21 dekabr 2013
# 16:00

Kulis.az Gülcahan Mirməmmədin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Anlaşma” (399 işarə) hekayəsini təqdim edir.

Axır ki görüşdülər. Qadın arada ürkək baxışlarla kişini süzür, sonra yenə fincanına baxırdı. Kişi isə gözlərini heç ondan çəkmirdi.

- O ideal söhbəti nəydi elə…

- Heç…

- Bəs görüşəndə deyəcəkdin.

- Uşaq vaxtı Moris Ceralda vurulmuşdum.

- «Başsız atlı»dakı mustangerə?

- Hə.

- ?..

- Ağlım çatdı ki, onu axtarmayım, bəxtim gətirmədi ki, tapım…

- Bəlkə elə tapmısan?

- Bəlkə də, hə…

- Amma…

Qadın bir də ona baxdı. Mavi gözlər gülürdü:

- Kimsəyə demə ki, idealımı tapdım.

- Demərəm.

# 2529 dəfə oxunub

Müəllifin son yazıları

# # #