Lalə Kərimova: “Dəhşətin sirri” Ən qısa hekayə

Lalə Kərimova: “Dəhşətin sirri” Ən qısa hekayə
20 dekabr 2013
# 13:00

Kulis.Az Lalə Kərimovanın “Ən qısa hekayə” müsabiqəsi”nə göndərdiyi “Dəhşətin sirri” (388 işarə) hekayəsini təqdim edir.

1995-ci il, 28 Oktyabr...

- Molla əmi, bir çörək pulu, nolar?!

- Rədd ol, küçük!

Qapılar bağlanır, növbəti stansiya "cəhənnəm".

Dünən "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə baş vermiş yanğınla əlaqədar araşdırmalar davam edir. İlkin məlumata görə, qəzada 300 nəfər həlak olmuş, 400-ə yaxın xəsarət alan var. Yanğın qatardakı nasazlığa və təhlükəsizlik qaydalarına əməl edilmədiyinə görə baş vermişdir.

Ölkədə 3 gün matəm elan edilir...

# 1802 dəfə oxunub

Müəllifin son yazıları

# # #