Yusif Nur: “Təhsil kapitaldır”-Ən qısa hekayə

Yusif Nur: “Təhsil kapitaldır”-Ən qısa hekayə
17 dekabr 2013
# 22:00

Kulis.Az Yusif Nurun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Təhsil kapitaldır” (383 işarə) hekayəsini təqdim edir.

Möhkəm yağış yağırdı. Tut ucundan çıx göyə. Balaca Elşən çiynində çantası məktəbə daxil oldu. Ayaqqabıları cırıq, əynində nazik pencək olduğundan bütün bədəni təmiz islanmışdı. Qapıda onu görən müəllimə soruşur:

- Bala, niyə əynini qalın geyinməmisən?

Elşən:

- Atam mənə dedi ki, pulum azdır. Ya sənə qalın gödəkcə, ya da dərs üçün kitablar ala bilərəm. Hansı daha vacibdir sənin üçün onu alaq deyə soruşdu. Mən də dərs üçün vacib olan kitabları seçdim.

# 1969 dəfə oxunub

Müəllifin son yazıları

# # #