Dövlət Turizm Agentliyi Gəncə və Göygölə infotur təşkil edib

Dövlət Turizm Agentliyi Gəncə və Göygölə infotur təşkil edib
15 sentyabr 2025
# 15:19

Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Gəncə şəhərində və Göygöl rayonunda fəaliyyət göstərən muzeylərin turizm istiqamətində tanıdılması məqsədilə Bakı və Gəncədə fəaliyyət göstərən turizm şirkətləri üçün infotur təşkil olunub.

Kulis.az xəbər verir ki, infotur çərçivəsində Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Nizami Gəncəvinin məqbərəsi və muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Göygöl rayonunda yaşamış axırıncı alman sakini Viktor Klaynın ev-muzeyi, XIX əsr tarixi-memarlıq abidəsi və Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi, almanlar tərəfindən inşa olunmuş və şərab saxlanılması üçün nəzərdə tutulmuş zirzəmi ziyarət edilib.

Qeyd edək ki, tədbir zamanı turistlərin bu məkanlara səfərlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılıb.

# 60 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər