Azərbaycanlı yazarın Rusiyada kitabı çap olunub

Azərbaycanlı yazarın Rusiyada kitabı çap olunub
1 oktyabr 2013
# 13:32

Bu günlərdə rusdilli Azərbaycan yazıçısı Nicat Məmmədovun Moskvada kitabı çapdan çıxıb.


Kitab “Место встречи повсюду” adlanır və “Russkiy Qulliver” nəşriyyatının poetik seriyaları çərçivəsində işıq üzü görüb.

Kitabda yazıçının 2007-2012-ci illər arasında yazdığı - 20 şeiri, 10 essesi, iki müsahibəsi toplanıb.

Nicat Məmmədov 1982-ci ildə Bakıda doğulub. İndiyə qədər “Струение. Axın. Streaming” (2010), “Карта языка” (2010) kitabları çap olunub.

Rusiyada çıxan “NLO”, “Novaya yunost”, “İnterpoeziya”, “Qvideon”, “Drujba narodov”, “Deti Ra” kimi dərgilərində tez-tez esseləri və şeirləri çap olunur.

Azadliq.org

# 1850 dəfə oxunub

Müəllifin son yazıları

# # #