Vaqif Səmədoğlunun YENİ ŞEİRİ

Vaqif Səmədoğlunun <span style="color:red;">YENİ ŞEİRİ
5 sentyabr 2014
# 16:35

Kulis.Az Xalq şairi Vaqif Səmədoğlunun yeni şeirini təqdim edir.

O gün

Bir insan öldürmədi başqasını,

Kəsildi müharibələrin səsi,

Bir qadına dəymədi əclaf əli.

Yaman sərxoş idim o gün...

O gün

Yaşmı da, azarımı da unudub,

Sarıldın 22 illik bədəninlə mənə,

Aldın başımı qollarının arasına,

Gözlərini yumub, azacıq araladın dodaqlarını.

Yaman sərxoş idim o gün...

# 2520 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #