Nizami Kino Mərkəzində qala-gecəsi keçiriləcək.

Nizami Kino Mərkəzində qala-gecəsi keçiriləcək.
16 noyabr 2017
# 13:16

Dekabrın 13-də Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan “Mutluluq zamanı” filminin qala-gecəsi keçiriləcək. Türkiyənin məşhur aktyorları, filmdə baş rollara çəkilmiş Barış Arduç və Elçin angu qala gecəsinə qatılacaqlar.

Senol Sönmezin lentə aldığı bu film romantik komediya janrındadır. Yaş həddi: 12+

Film, keçmişiylə üzləşməyən, özünə mükəmməl həyat yaradan “Mutluet.com.tr” şirkətinin sahibi Mertin və bütün həyatını keçmişdə yaşadıqlarının üzərində quran Adanın eşq hekayəsindən bəhs edir.

Qala gecədə baş qəhrəmanları canlandıran aktyorlar Barış Arduç, Elçin Sangu və yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.

Qeyd edək ki, baş rolları ifa edən aktyorlar Azərbaycan tamaşaçısına “Kiralıq aşk” serialından tanışdır.

Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Qala-gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz.

# 1206 dəfə oxunub

Müəllifin son yazıları

# # #