Tanınmış çinli rəssam süni intellektin təhlükələrindən danışdı

Tanınmış çinli rəssam süni intellektin təhlükələrindən  danışdı
5 oktyabr 2026
# 18:30

Tanınmış çinli rəssam və hüquq müdafiəçisi Aveyvey Belçikaya səfəri çərçivəsində keçirilən görüşdə süni intellektin senzura aləti kimi istifadə edilməsinin təhlükələrinə diqqət çəkib.

Kulis.az xəbər verir ki, "Ai Weiwei on Censorship" kitabının təqdimatı münasibətilə Brüssel İncəsənət Sarayında təşkil olunan tədbirdə 2 mindən çox tamaşaçı iştirak edib.

Aveyvey çıxışında Qərb demokratiyalarında avtosenzuranın artmasını tənqid edərək süni intellektin fərdi məxfiliyi məhv etdiyini vurğulayıb: "Artıq fərdi məxfilik qalmayıb; bu olmadıqda isə fərdlər tədqiq olunmuş məhsullara çevrilirlər".

Qeyd edək ki,səfər çərçivəsində rəssamın Belçikadakı ilk böyük retrospektiv sərgisi olan "Ai Weiwei: The Art of Defiance" və atasının xatirəsinə həsr olunmuş "Ai Weiwei: Life, Revolt, Poetry" sərgilərinin açılışı baş tutub.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər