Vaqif Səmədoğlu adına Ədəbiyyat klubu yaradılıb. Kulisin məlumatına görə klub Nüşaba Babayeva-Vəkilova və Fərid Hüseynin təşəbbüsü ilə yaradılıb.
Klub fəaliyyəti müddətində ayda və ya iki ayda bir dəfə Səməd Vurğunun ev muzeyində kitab müzakirələri, şeir axşamları və müxtəlif mövzularda ədəbiyyat tədbirləri təşkil edəcək.
Yeni yaradılan klubun fəaliyyətinin məqsədi günümüzdə yaranan ədəbi əsərlərə marağı artırmaq, ciddi ədəbi problemləri gündəmdə saxlamaq, yeni kitabları oxucuların diqqətinə çatdırmaq, habelə Azərbaycan ədiblərinin ev muzeylərini daha aktiv ədəbiyyat ünvanına çevirməkdir.
- ADO teatrı küçə performansı üçün müraciət etdi
- Azərbaycan-Çili ədəbi əlaqələri genişləndirilir
- Bir də yarpaq salma külək poçtuna – Qulu Ağsəsdən şeirlər
Müzakirələr, şeir axşamları iştirak etmək istəyənlər üçün giriş sərbəstdir.