Azərbaycan yazarları Türkiyə saytında - Foto

Azərbaycan yazarları Türkiyə saytında - Foto
4 sentyabr 2019
# 16:47

Türkiyədə Azərbaycan haqqında sayt fəaliyyətə başlayıb.

Kulis.az-ın verdiyi xəbərə görə, asasmedya adlanan sayt (asasmedya.info) ölkəmizin siyasət, mədəniyyət, idman, səhiyyə, texnologiya sahələrini əhatə edir və müvafiq olaraq bu bölmələrdən biri də Qarabağ bölməsidir.

Saytın mədəniyyət bölməsində Azərbaycan poeziyası ilə bağlı məqalə dərc olunub.

“Azerbaycan şiiri, kaplumbağa çanağı - Azerbaycan insanının ruhunu ifadə edən şiirler” adlanan məqalədə müasir Azərbaycan şairlərinin şeirləri dərc olunub. Vaqif Bayatlı, Salam Sarvan, Murad Köhnəqala, Xanəmir, Pərviz Cəbrayıl, Aqşin, Elçin Aslangil, Qismət Rüstəmov, Aqşin Evren kimi şairlərin şeirləri təqdim olunan məqalədə müasir Azərbaycan poeziyası haqqında məlumat da yer alıb.

# 2042 dəfə oxunub

Müəllifin son yazıları

# # #