Aşıq Ədalət müalicəsi üçün İrana gedəcək

Aşıq Ədalət müalicəsi üçün İrana gedəcək
26 aprel 2017
# 14:12

Aşıq Ədalət müalicə üçün İrana gedəcək. Kulis.Azın Sherg.az-a verdiyi məlumata görə, aşıq bu günlərdə müalicə üçün İrana gedəcəyini açıqlayıb.

Aşıq Ədalət Nəsibov qeyd edib ki, ölkəmizdəki həkimlər aşığın uzun müddətdir davam edən narahatlığının səbəbinin mədə problemi ilə izah etsələr də, bu diaqnoz düz çıxmayıb:

“Gördüm burada qalmaqla alınmır, boğazımdan su belə keçmir. Həkimlər yazdığı dərmanları qəbul etdim, xeyri olmadı. Səsim də tutulmuşdu, danışa bilmirdim. İndi səsim azca açılıb. Ona görə İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbazinin köməyi və təşkilatı ilə Tehranda müalicə alacam”.

# 884 dəfə oxunub

Müəllifin son yazıları

# # #