“Aşıq ədəbiyyatı antologiyası” təqdim olundu

“Aşıq ədəbiyyatı antologiyası” təqdim olundu
24 fevral 2018
# 15:07

Fevralın 23-də Xalq Bankın əsas binasında yerləşən bədii qalereyada “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunmuş üçcildlik “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunun təqdimatı keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, ​tədbiri akademik Nizami Cəfərov açaraq, ədəbiyyatda aşıq yaradıcılığının yerindən danışıb. Sonra sözü kitabın elmi redaktoru, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıya verib.

Antalogiyanın tərtibatı haqda geniş danışan M.Qasımlıdan sonra professorlar Qəzənfər Paşayev və Şirindil Alışanlı çıxış ediblər.

Xatırladaq ki, aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik aşıq poeziyası, dastanları və ən qədim dövrdən indiyədək ustad aşıqaların şeirlərindən seçmələri əhatə edir.

“Xalq Əmanəti” layihəsinin on altıncı nəşri - “Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir.

# 1028 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #