Zelenskinin Ofisi Navalnı haqda filmə “Oskar” verilməsinə qəzəbləndi

Zelenskinin Ofisi Navalnı haqda filmə “Oskar” verilməsinə qəzəbləndi
13 mart 2023
# 16:30

Ukrayna Prezident Ofisi Navalnı haqda filmə “Oskar” mükafatının verilməsinə münasibət bildirib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak “Twitter“də yazıb.

Podolyak qeyd edib ki, Ukrayna Prezident Ofisi Navalnı haqda filmə “Oskar” mükafatının verilməsinə qəzəblənib: “Oskar” siyasətdən kənardırsa, Rusiyanın daxili siyasətindən bəhs edən “Navalnı” sənədli filminin təltif edilməsini necə başa düşmək olar? Bununla yanaşı, “Oskar” mükafatı Ukraynadakı müharibə və ukraynalıların kütləvi soyqırımı məsələsindən uzaqdırsa, o zaman davamlı olaraq humanizm və ədalətdən danışmaq nəyə lazımdır?”

# 998 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #