Məşhur yazıçının evində özbəklər kirayə qalır

Məşhur yazıçının evində özbəklər kirayə qalır
23 avqust 2016
# 11:53

Serqey Dovlatovun Sankt-Peterburqdakı otağında özbək kirayənişinlər yaşayır. Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə tanınmış rus yazıçısı kommunal binanın bu otağında 30 il yaşayıb.

1944-ci ildən 1975-ci ilə qədər bu otaqda yaşayan yazıçının xanımı Yelena və qızı Yekaterina da bu evdə qeydiyyatda olub. Dovlatov məşhur əsərlərini də burda yazıb.

Evdə Dovlatovun bu otaqda yaşadığını göstərən xatirə lövhəsi var. Yeddi otaqdan ibarət olan kommunal mənzilin altı otağının hazırda sahibləri var, Dovlatovun bir vaxtlar yaşadığı otaq isə özbək miqrantlara kirayə verilib.

3 sentyabrda yazıçının 75 yaşı tamam olur. Bu münasibətlə ədəbiyyat muzeyi Dovlatovun bir zamanlar yaşadığı mənzilə ekskursiya təşkil edəcək.

# 913 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #