Opera və Balet Teatrı mövsümü açıq elan edib

Opera və Balet Teatrı mövsümü açıq elan edib
20 sentyabr 2017
# 10:14

Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 109-cu teatr mövsümünü Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açıq elan edib.

Kulis.azın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə səhnə əsərində Məcnun obrazını Xalq Artisti Mənsum İbrahimov canlandırıb. Gənc solist Arzu Əliyeva Leyli rolunu ifa edib. Quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev olan operada Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam) və Sabir Əliyev (Şeyx) də iştirak ediblər. Səhnə əsəri dirijor, Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva tərəfindən idarə olunub.

Ü.Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tamaşanın zəngin səhnə dekorasiyası və ifaçıların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, operanın növbəti təqdimatı maraqla qarşılanıb.

# 1754 dəfə oxunub

Müəllifin son yazıları

# # #