Xalq yazıçısına “Şərəf” ordeni təqdim edildi

Xalq yazıçısına “Şərəf” ordeni təqdim edildi
22 yanvar 2016
# 16:07

Yanvarın 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif edilən xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyova “Şərəf” ordenini təqdim edib. Tədbir mərasimi Maqsud İbrahimbəyovun yaşadığı evdə keçirilib.

Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə 7 may 2015-ci il tarixində Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov “Şərəf” ordeni ilə təltif edilib.

Nazir Əbülfəs Qarayev Maqsud İbrahmbəyovun Azərbaycan teatr və kino sənətinin inkişafına böyük töhvələr verdiyini qeyd etmişdir. O, M.İbrahimbəyovun əsərləri əsasında çoxsaylı tamaşaların səhnəyə qoyulduğunu bildirmişdir. Həmçinin, yazıçının əsərlərinin xarici dillərə tərcümə olunduğu diqqətə çatdırılmışdır.

Maqsud İbrahimbəyov yaradıcılığına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

# 854 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #