Kann kinofestivalının qalibləri bəlli oldu

Kann kinofestivalının qalibləri bəlli oldu
26 may 2019
# 11:01

92-ci Kann kinofestivalının qalibləri bəlli oldu.

Kulis.az-ın verdiyi xəbərə görə festivalın baş mükafatı – “Qızıl palma budağı” Koreya rrjissoru Pon Cun Xonun “Parazitlər” filminə təqdim olunub.

Mati Diopun Atlantik filmi ən yaxşı film” nominasiyasında Qran Prini qazanıb.

“Ən yaxşı rejissor işi” isə Dardenn qardaşlarının “Gənc Əhməd” filmi seçilib.

Antonio Banderas “Ağrı və şöhrət” filminə görə Ən yaxşı kişi rolu nominasiyasında mükafatlandırılıb.

“Ən yaxşı qadın rolu” nominasiyasında aktrisa Emili Biçem “Körpə Co” filmindəki roluna görə mükafat qazanıb.

“Od içində qız” filminin ssenari müəllifi Selin Sakyamma müvafiq nominasiyada qalib olub.

Lac Linin “ “Cəsurlar” filmi isə jürinin xüsusi mükafatına layiq görülüb.

# 1945 dəfə oxunub

Müəllifin son yazıları

# # #