Elnurə Ağazadə: “Qar yağır”-Ən qısa hekayə

Elnurə Ağazadə: “Qar yağır”-Ən qısa hekayə
24 dekabr 2013
# 10:00

Kulis.az Elnura Ağazadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qar yağır” (436 işarə) hekayəsini təqdim edir.

Qar yağır. Otağımda səssizlik var, sənsizlik var. Pəncərə önündə dayanaraq seyr edirəm yağan qarı mən. Axşamüstü... Parlayır qar dənələri ulduz kimi. Hər yer bəyaz ağappaqdır. Yadındamı, keçən qışın bu ayın bu günündə... Axşamüstü, mən səninlə seyr edirdim yağan qarı. Qar yağırdı saçlarıma. Qısqanırdın yanağıma dodağıma toxunan ulduz kimi qar dənəsin... Üşüyürdüm.... İsidirdin qollarına alıb məni. Qar yağır. Otağımda səssizlik var. Sənsizlik var. Ağımda səssizlik var. Sənsizlik var. Bir qəriblik var.

# 1973 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #