Ramil Ələkbərov: “Qatil” - Ən qısa hekayə

Ramil Ələkbərov: “Qatil” - Ən qısa hekayə
21 dekabr 2013
# 21:00

Kulis.az Ramil Ələkbərovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qatil” (321 işarə) hekayəsini təqdim edir.

Barmağını snayperin tətiyindən çəkdi. Damağındakı siqareti çıxarıb yerə atdı. Snayperin ucu ilə közünü söndürdü. Silahı təmkinlə çantaya yerləşdirdi. Çantanın yanında qoyduğu əsasını götürdü. Çantanı çiyninə atdı. Əsasına söykənə-söykənə damın nərdivanına tərəf getdi. Təkayaqlı qatil son bir neçə aydı bir güllə də ata bilmirdi. Bu onun bağışladığı 37-ci "qurban" idi.

# 1686 dəfə oxunub

Müəllifin son yazıları

# # #