“Ən mühüm layihələrdən biri Çıraqqala abidəsinin konservasiyasıdır”.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.
“Demək olar ki, işlər bitib. Hazırda ziyarətçilərə xidmət göstərəcək infrastrukturun yaradılması və qalaya qalxan yolun təmiri gözlənilir”, - o deyib.