Aqşinin məşhur şeirini dəyişdirdilər - MƏTN

Aqşinin məşhur şeirini dəyişdirdilər - <span style="color:red;">MƏTN
16 fevral 2018
# 12:47

Kulis.az Toğrul Turqut imzası ilə sosial şəbəkələrdə yayılmış şeiri təqdim edir. Xatırladaq ki, şeir tanınmış şair Aqşin Yeniseyin məşhur “Məktub” şeirinə parodiya yazılıb.

Sənə məktub yazıram

Yazıram ki,

Bağışla...

Havalar düzəlibdir,

Narın yağır yağışlar.

Həkim məsləhətiylə,

Azaltmışam içkimi.

Dövr əvvəlki deyil,

Day içmirəm it kimi.

Çirkli ayaqqabılar,

Dibi yanmış qazança.

Xatirədir o vaxtdan,

Yaddan çıxar haçansa.

İndi özüm də hərdən,

Mətbəxə çəkirəm baş.

Aşbazlıqla yanaşı,

Üstüm təmiz, üz təraş.

Qovuşdum gec də olsa,

Aşiqəm arvadıma.

Bəlkə qəribə gələr,

Heç düşmürsən yadıma.

Balaca bir qızım var,

Unutdurub keçmişi.

Çox xoşbəxt mənzərədir

Övlad saxlayan kişi.

Üçümüz bir yatırıq,

Dağıdırıq otağı.

Səhər işə gedəndə,

Arvad yığır yatağı.

Şükür yoxdur dərd qəmim

Havalar keçir əla

Narın yağır yağışlar.

Sənə məktub yazıram

Yazıram ki,

bağışla...

# 1106 dəfə oxunub

Müəllifin son yazıları

# # #