"Yazar" jurnalının ilk sayı çap olundu

"Yazar" jurnalının ilk sayı çap olundu
5 mart 2018
# 10:56

“Yazar” ədəbi-bədii jurnalının ilk sayı işıq üzü görüb.

Bu barədə Kulis.aza tanınmış şair, jurnalın baş redaktoru Yafəs Türksəs məlumat verib.

Onun sözlərinə görə, jurnalda bir sıra tanınmış müəlliflər yer alıb. Onların arasında Nizami Cəfərov, Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Aqşin Evrən, Ayxan Ayvaz və başqa müəlliflər var. Bundan başqa Yafəs Türkəs iki müəllifə mükafat kimi qonorar veriləcəyini açıqlayıb. Hər nömrədə bu mükafatın təkrarlanacağı bildirilir. Budəfəki mükafatın sahibləri Aqşin Evrən və Ayxan Ayvazdır.

Xatırladaq ki, jurnal hazırda Kitabevim.azda satışdadır.

# 890 dəfə oxunub

Müəllifin son yazıları

# # #