AYB-də Zəlimxan Yaqubun yerinə təyinat oldu

AYB-də Zəlimxan Yaqubun yerinə təyinat oldu
15 mart 2016
# 16:08

Martın 14-də Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin növbəti toplantısı keçirilib.

AYB Mətbuat Xidmətindən Kulisə verilən məlumata görə Toplantıda bir sıra məsələlərlə yanaşı Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri vəzifəsinə təyinat da müzakirə edilib.

Komissiyanın üzvü, “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır”, ”Cənab Leytenant” mahnılarının müəllifi Şahin Musaoğlunun namizədliyi yekdilliklə qəbul edilib.

Xatırladaq ki, bundan öncə Hərbi Vətənpərvərlik Komissiyasının sədri mərhum xalq şairi Zəlimxan Yaqub idi.

# 948 dəfə oxunub

Müəllifin son yazıları

# # #