Şair Aleksandr Altşuler vəfat edib

Şair Aleksandr Altşuler vəfat edib
3 oktyabr 2014
# 12:49

Şair Aleksandr Altşuler dünyasını dəyişib. Kulis.Azın gazeta.ruya istinadən verdiyi məlumata görə 76 yaşlı yazıçı Yerusəlimdə vəfat edib.

Aleksandr Altşuler Leninqradda anadan olub. O, tələbə vaxtı “Axmatovanın yetimləri” adlanan Yevqeniy Reyn, Dmitriy Babışev və Ataliy Naymanla tanış olub.

1965-ci ildə “Fioretti” almanaxında dərc olunub, “Transponans”, “Yeni jurnal” və başqa dərgilərdə dərc olunub.

Şairin əsərlərinin seçməsi sonuncu dəfə 2008-ci ildə “Öz adımı bilmirəm” adıyla Petrburqda dərc olunub.

# 1162 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #