Məşhur aktyor evini kirayə verir FOTOLAR

Məşhur aktyor evini kirayə verir <span style="color:red;">FOTOLAR
13 mart 2015
# 14:43

Leonardo di Kaprio ABŞ-ın Kaliforniya ştatında yerləşən Palm Sprinqsdəki malikanəsini gecəsi dörd min beş yüz dollara kirayə verir. Kulisin xarici mətbuata istinadən verdiyi məlumata görə 40 yaşlı aktyorun 5 min kvadrat metrlik sahəsi olan malikanəsində tenis kortu, isti hovuz və SPA mərkəzi var.

Evi kirayə edənlər Leonardonun yatağında yata, şəxsi hamamında çimə bilərlər. Yaşıl rəngdə dekorasiya olunmuş qonaq otağının da ayrı hamamı var. Eyni bir qonaq otağı isə qırmızı rəngdədir.

Ümumilikdə möhtəşəm mənzərəli evdə 8 hamam, 6 yataq otağı var. Evi kirayə edən qonaqlara qulluq etmək üçün xidmətçilər də vardır.

# 935 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #