"Xəzər" jurnalının yeni sayı çapdan çıxdı

"Xəzər" jurnalının yeni sayı çapdan çıxdı
13 iyul 2016
# 12:32

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (Az.TM) orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti - 2/2016 sayı nəşr olunub.

Kulis.Azın məlumatına görə jurnalın bu sayında Nobel mükafatçısı Nəcib Məhfuzun Nobel nitqi və hekayələri, Xalqa yazıçısı Elçinin “Baş” romanı, Con Steynbekin yazışmaları, Filip Rotun “Mövhumatçı” hekayəsi, İqor Pavlyukun şeirləri, Çinua Açebanın “Şirin bala”, Amos Oz “Küləyin yolu”, Misimanın “Vətənpərvərlik” hekayələri, Henri Millerin “Yazıçılıq haqqında düşüncələr”i, türk yazıçıları Camal Şakarın “Günəş” və “Səslər”, Osman Çeliksoyun “Atamı gördüm” hekayələri, Alvaro Kunkeronun “Musiqiçinin qeydləri” əsərindən bir parça, Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım” adlı qeydləri və digər maraqlı materiallar yer alıb.

# 1240 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #