Faiq Mirzəyev: “Ocaq” -Ən qısa hekayə

Faiq Mirzəyev: “Ocaq” -Ən qısa hekayə
23 dekabr 2013
# 11:44

Kulis.Az Faiq Mirzəyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ocaq” (446 işarə) hekayəsini təqdim edir.

Ocağa daha bir çırpı atdı. Sonra elə ocağın qırağındaca oturaraq xəyala daldı.

Gecə ilə gizlincə cəhbə xəttin keçmiş, kəndlərinə qədər on kilometrlik məsafəni dayanmadan qət etmişdi. Və indi iyirmi bir illik arzusunu yerinə yetirirdi-doğma yurdunda ocaq çatırdı.

Bilirdi ki, ermənilər az sonra gəlib ocağını bir daha söndürəcəklər. Amma onu da bilirdi ki, bir daha səhv edib qaçqın düşərgəsində ocaq çatmayacaq. O ölməyə gəlmişdi, qaçqın olmağa yox…

Uzaqdan kəndə tərəf ağ "Niva" gəldiyini görüb ocağa daha da yaxın oturdu.

# 1773 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #